1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Şağan qəsəbəsindəki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində xeyriyyə tədbiri keçiriblər.
QSC-dən Trend-ə verilən məlumata görə, tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova, 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsənin direktoru Sevinc Məlikova və YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva çıxış edərək uşaqları bayram münasibətilə təbrik ediblər. Bildirilib ki, bu gün gələcəyimiz olan uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Son illərdə ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə uşaq evlərinin, internat məktəblərinin, o cümlədən Şağan qəsəbəsindəki 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsinin maddi-texniki bazası, texniki təchizatı daha da gücləndirilib. Burada yaşayan əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb. Uşaq evlərinin sakinləri hər cür qayğı ilə əhatə olunublar.
Daha sonra müəssisənin həyətində əqli və fiziki qüsurlu uşaqlara sənətçilər, aktyorlar və gözbağlayıcılar maraqlı səhnəciklər eləcə də musiqi proqramı təqdim ediblər, uşaqlara əsl bayram əhval-ruhiyyəsi yaşadıblar.
Tədbirin təşkilində Referans Klinik Laboratoriya Mərkəzinin və LOR qospitalının kollektivi yaxından iştirak edib.
Sonda dəmiryolçular tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub və xeyriyyə tədbiri bayram süfrəsi arxasında davam etdirilib.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.