banner
banner

Sosİal

Ziya Məmmədov mükafat verdi

Ziya Məmmədov mükafat verdi

Prezident İlham Əliyev 13 oktyabr 2014-cü il də imzaladığı sərəncamlarla Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisini ali dövlət mükafatları ilə təltif edib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov ANS PRESS-ə açıqlamasında bildirib ki, bu gün həmin həmin mükafatların təqdimolunma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov açaraq dəmir yolunda mövcud durum, həyata keçirilən layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub.

Bu gün ölkə nəqliyyat-yol kompleksində, eləcə də onun tərkib hissəsi olan dəmir yolunda həyata keçirilən islahatlar möhtərəm Prezidentimizin birbaşa qayğısı və nəzarəti sayəsində mümkün olur. Bu gün Azərbaycan nəhəng Transmilli layihələrin reallaşması prosesində aktiv iştirak edir.

Ulu öndər Heydər Əliyev siyasi xəttini ləyaqətlə davam etdirən ölkə başçısı nəqliyyat sisteminin, onun tərkib hissəsi olan dəmir yolunun inkişafını daim diqqət mərkəzində nəzarətdə saxladığı kimi, bu çətin sahədə çalışan insanların əməyini də qiymətləndirməyi yaddan çıxarmayıb. Ölkə başçısının 13 oktyabr 2014-cü il də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla bir qrup dəmiryolçu ali dövlət mükafatları ilə təltif edilib.

Sonra nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ali dövlət mükafatlarını dəmiryolçulara təqdim ediblər.

Eyni zamanda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan bir qrup gənc dəmiryolçuya üzvlük biletləri təqdim olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.