Türkiyəli müğənni Haluk Heventin həbs olunması barədə xəbərlər yayılıb.
Sənətçinin "rəsmi sənədlərdə saxtakarlığ"a yol verdiyi üçün polis tərəfindən saxlanıldığı iddia olunub.
Otellərdən birində qeydiyyata düşmək istəyərkən illər əvvəl saxta sənəd üzündən axtarışa verildiyi məlum olan Levent ifadəsindən sonra sərbəst buraxılıb.
Məsələ ilə bağlı sənətçi sosial media hesabında açıqlama verib. O, yayılan xəbərlərin yanlış olduğunu qeyd edib: "Dostlar, daha keçmiş günlərdəki kimi deyil. Artıq sosial şəbəkələr var. 12 il əvvəl bir sənəddə mənim imzam var, ya yox, onu soruşdular. 12 il əvvəl. "Yoxdur" deyib çıxdım. Polislə işim cəmi 2,5 dəqiqə çəkdi. Heç bir problem yoxdur".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.