banner
banner

İdman

“Baş məşqçinin tapşırıqlarını yerinə yetirməliyik”

“Baş məşqçinin tapşırıqlarını yerinə yetirməliyik”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvləri Bəhlul Mustafazadə və Sərtan Taşkın Qazaxıstan yığması ilə yoldaşlıq oyunu ərəfəsində AFFA-nın saytına açıqlama verib.

Bəhlul Mustafazadə mövsümü müsbət notlarla bitirmək istədiklərini deyib: "Düşünürəm ki, həm onlar, həm də bizim üçün maraqlı oyun olacaq. Qələbə qazanmağa çalışacağıq. Baş məşqçimiz verilən tapşırıqların yerinə yetirilməsini istəyir. Bəlli bir sistemimiz var və ona uyğun oynamalıyıq. Milli komandada və ya klubda davamlı oynamaq üçün daim yüksək səviyyədə çıxış etmək lazımdır. Ən vacibi həm sabahkı oyunu, həm də bütün mövsümü yüksək səviyyədə keçirməkdir".
Sərtan Taşkın isə hazırlıqların yaxşı getdiyini vurğulayıb: "Çoxdandır bu oyuna hazırlaşırıq. Qələbə qazanmaq üçün çalışacağıq. Bunun üçün məşqçinin verdiyi tapşırılıqları yerinə yetirməliyik. Bu oyun qarşıdakı oyunlara hazırlıq baxımından da çox vacibdir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.