Bu gün Yaponiyanın Fukusima adası sahillərində baş vermiş dəhşətli zəlzələnin 4-cü ildönümüdür. Zəlzələdən sonra müşahidə olunan sunami 16 minə yaxın insanın ölümünə səbəb olmuşdu.
Sunaminin nüvə reaktoru zavodlarını zədələməsi isə, ölkədə daha böyük təhlükəyə səbəb oldu. Qəza ilə əlaqədar hökumət regionda yaşayan 160 mindən çox insanı evlərindən təxliyə etdi.
Nüvə zavodundan sızan radioaktiv maddələr, havanı, suyu və ərzaqları zəhərləmişdi.
Hadisə, Yaponiya ilə yanaşı, nüvə enerjsiindən istifadə edən digər ülkələrdə də etiraz aksiyalarına səbəb olmuşdu.
Rəsmi Tokio hadisədən sonra ülkədəki 48 nüvə reaktorunun fəaliyyətinin dayandırıb. Lakin ölkədə yaranmış enerji qıtlığı ilə əlaqədar hükumət təhlğkəsizlik sınağından keçmiş 4 reaktoru yenidən işə salmaq istəyir.
Potensial təhlükəyə qarşı ilk radikal addımlar atan ölkələrdən biri də Almaniyadır.
Hökumət 2011-ci ildə 2022-ci ilə qədər ölkədəki bütün atom enerji stansiyalarının bağlanması üçün energetika sahəsində islahat proqramı qəbul edib. 2050-ci ilə qədər isə, ölkədə tamamilə yenilənəbilən enerji sistemi təsis olunacaq.//ANS
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.