banner
banner

İdman

UEFA Qvardiolanı cəzalandırdı

UEFA Qvardiolanı cəzalandırdı

UEFA "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanı cəzalandırıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna onun Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la cavab oyununda (1:2) hakimə qarşı etdiyi hərəkət səbəb olub. UEFA biri şərti olmaqla, 47 yaşlı mütəxəssisə iki oyunluq cəza tətbiq edib. P.Qvardiola bir mövsüm ərzində eyni hərəkəti edəcəyi təqdirdə, şərti cəza  qüvvəyə minəcək.

 

Qeyd edək ki, P.Qvardiola "Liverpul"la matçın birinci hissəsi bitdikdən sonra meydançaya daxil olaraq hakim Mateu Laosa futbolçusu Leroy Sanenin qolunu qeydə almadığı üçün  narazılığını bildirib. Hakimə qışqıran baş məşqçi texniki zonadan uzaqlaşdırılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.