“Ayaks”ın müdafiəçisi Matteys de Liqt karyerasını İtaliyada davam etdirə bilər. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 18 yaşlı futbolçunun xidmətində “Yuventus” maraqlıdır.
Holland müdafiəçi artıq Turin klubunun bazasında olub. O, “Yuventus”un düşərgəsini meneceri ilə birgə ziyarət edib və gördüklərindən razı qalıb. Tərəflər arasında danışıqların müsbət yekunlaşacağı və de Liqtin tezliklə “Qoca Sinyora” ilə uzunmüddətli müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, gənc müdafiəçi son mövsüm “Ayaks”ın heyətində meydana çıxdığı 33 oyunda 3 qol vurub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.