Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, baş rollarında Oğuzxan Koç və Yağmur Tanrısevərin oynadığı "Bana baba dedi" ("Mənə ata dedi") apreldə başlayacaq.
Jurnalistlərə açıqlamasında aktrisa Y.Tanrısevsin seriala görə imicini dəyişdirdiyini bildirib. Ekran işində Eser Yenenler, İbrahim Büyükak, Ersin Korkut, Gözde Mutluer və Özkan Uğur də rol alacaq.
Həmçinin müğənni Murad Boz qonaq aktyor olaraq serialda iştirak edəcək. Ssenari məşhur ABŞ teleserialı "Baby Daddy"yə uyğunlaşdırılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.