27 yaşlı Cennifer Lourens yeni eşq yaşayır. Aktrisa Nyu-Yorkda rəsm qalereyasının direktoru Kuk Maroni ilə görüşür.
Cennifer 33 yaşlı Kukla rəfiqəsi Lore Simpson vasitəsilə tanış olublar. Onların münasibəti bir neçə həftədir ki, davam edir. Onlar gizli görüşür, münasibətlərini mediadan gizlətməyə çalışırlar. Maroni bir çox məşhur rəssamla çalışır. Eyni zamanda şəhərdə baş tutan ən məşhur sərgilərdə yer alıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.