“W-trio” yenidən bir araya gələ bilər, bu mümkünsüz deyil. Mən həmişə onlarla birləşib, nəsə etmək istəmişəm. Bir dəfə də onlar addım atsınlar. Adam paxıl olmaz”.
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Röya Ayxan “Solo” verilişində deyib.
O, bir zamanlar üzvü olduğu qrupun solistləri ilə konsert vermək istədiyini bildirib:
“Mən onlara qarşı addım atdım. Qızlardan cavab gəlmədi. Bir dəfə zəng edib desinlər ki, Röya belə layihə var, bunu gerçəkləşdirək. Beyons da qrupdan çıxıb. Tez-tez qızları başına yığıb, konsert verir. Hərə öz yerini bilsə, gözəl olar”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.