Ebru Gündeşlə hazırda ABŞ-da həbsxanada olan həyat yoldaşı Rza Zərrabın görüşüb-görüşməməsi hələ də hamını maraqlandıran suallardandır. Hər gün mediada "Ebru Gündeş Rza Zərrabı görməyə gedəcək? Getdimi" sualları ətrafında müzakirələr aparılır.
Hər gün "Gəl" təklifi alan və rədd edən müğənni bu dəfə fərqli reaksiya göstərib. Ebru qızı Alaranı və meneceri Sedef Arımla övladını götürərək Nyu-Yorka gedib. Ötən həftə İstanbula qayıdan Güneş orada əri ilə də görüşüb.
Uzun müddətdən sonra qızı və həyat yoldaşını görən Rzanın çox xoşbəxt olduğu deyilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.