Macarıstanın paytaxtı Budapeştdə keçirilən 15 yaşadək futbolçular arasında Qallini Dünya Kubokuna yekun vurulub.
Qol.az-ın məlumatına görə, “Qəbələ”nin U-15 komandası turnirin son günündə iki matç keçirib. 5-8-ci yerlər uğrunda mübarizədə ilk rəqib İtaliya təmsilçisi “Kavolano” olub.
“Qırmızı-qaralar” bu görüşdə böyükhesablı qələbə qazanıb - 6:0. Mehrac Baxşəliyev və Kamal Kazımovun dubl etdiyi qarşılaşmada Gülağa Əsədovla Ümüd Həmzəyev hərəyə 1 qol vurub. “Qəbələ” 5-ci yer uğrunda matçda Macarıstanın “Uypeşt” klubu ilə görüşüb. 0:2 hesabı ilə uduzan təmsilçimiz turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi adına isə İtaliya “Udineze”si yiyələnib
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb