banner
banner

İdman

“Qəbələ” Sloveniyada 4 yoxlama oyunu keçirəcək

“Qəbələ” Sloveniyada 4 yoxlama oyunu keçirəcək

“Qəbələ”nin mövsümlərarası fasilədəki hazırlıq proqramı müəyyənləşib. 

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2017/18 mövsümü başa çatdıqdan sonra istirahətə buraxılan komanda iyunun 12-də hazırlıqlara start verəcək. Qəbələdə bir araya gələcək “qırmızı-qaralar” ayın 18-dək məşqlərini doğma arenada gerçəkləşdirəcək. Milli komandaların düşərgəsindən qayıdan futbolçular xüsusi proqramla hazırlaşacaq.

“Qəbələ” UEFA Avropa Liqası ilə start verəcəyi 2018/19 mövsümünün hazırlığını Sloveniyada davam etdirəcək. İyunun 20-də bu ölkəyə yollanacaq “Qəbələ” təlim-məşq toplanışını iyulun 7-dək sürdürəcək. Bu müddətdə komanda 4 yoxlama oyunu keçirəcək. Bu matçlardakı rəqiblər dəqiqləşməsə də, qarşılaşmalar iyunun 23-də, 28-də, iyulun 1-də və 5-də baş tutacaq



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.