banner
banner

Gündəm

Bakıda hərəkətə mane olan qanunsuz parklanmalar ləğv ediləcək

Bakıda hərəkətə mane olan qanunsuz parklanmalar ləğv ediləcək

Bakı Nəqliyyat Agentliyi paytaxtda tıxacların aradan qaldırılması üçün kompleks tədbirlərə başlayacaq.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

 

Qurum rəsmisi bildirib ki, bununla bağlı agentlik mütəxəssisləri Bakıda 16 kəsişməsi olan 11 arterial avtomobil yolunda təhlillər aparıb: "Həmin yollar kifayət qədər geniş olsa da, burada avtomobillərin düzgün parklanmaması tıxaclara səbəb olur. Paytaxtda qanunsuz parklanmalar aparılır ki, hansı ki, həmin parklanma edilən zolaqlarla avtomobillər rahat hərəkət edə bilər. Qanunsuz parklanmalar avtomobillərin normal hərəkətinə mane olur və nəticədə tıxaclar yaranır".

M.Ağayev bildirib ki, bununla bağlı yaxın vaxtlarda lazımi tədbirlər görüləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.