“Facebook” sosial şəbəkəsi ABŞ Narkotiklərlə Mübarizə İdarəsindən (DEA) idarənin apardığı təhqiqatlar çərçivəsində saxta hesablardan istifadə etməməsinə zəmanət tələb edib.
Sosial şəbəkənin təhlükəsizlik xidmətinin rəisi Co Sallivan “DEA” administrasiyasına ünvanladığı məktubda bildirib ki, hüquq-mühafizə orqanları digər istifadəçilər kimi eyni qaydalara riayət etməlidir. Xidmət rəisi vurğulayıb ki, qaydalara yalan informasiyadan istifadədən imtina daxildir.
C.Sallivan “DEA”-ya məktubu Nyu-York sakini olan qadının şikayətindən sonra göndərib. Qadın deyib ki, idarə agentləri onun adından və fotoşəklindən istifadə edərək saxta səhifə yaradıblar.
Qadının sözlərinə görə, fotoşəkillər 2010-cu ilin iyulunda onun narkotik saxlamasına görə həbsi zamanı mobil telefonun yaddaşından götürülüb. Saxta səhifədən “DEA”-nın apardığı təhqiqat zamanı istifadə olunub. Zərərçəkmiş mənəvi ziyana görə 250 min dollar tələb edir.
ABŞ Ədliyyə Nazirliyi insidenti araşdıracağını bildirib. Bununla belə, nazirlik nümayəndəsi Brayan Fellonun qeyd edib ki, bu, bizim federal hüquq-mühafizə orqanları arasında geniş yayılmış praktika deyil, - “RBK” yazır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.