banner
banner

Sosİal

Liseylərə elektron qeydiyyat başladı

Liseylərə elektron qeydiyyat başladı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki liseylərə V sinfə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlanılıb.

İdarədən Trend-ə verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə V sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Elektron sənəd qəbulu iyunun 20-nə qədər davam edəcək.

12 iyun tarixinə (09:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə liseylərin V sinfinə qəbul üçün 1 130 sorğu yerləşdirilib. Onlardan 771-i Texniki-Humanitar Liseyə, 91-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 110-u 147 nömrəli Texniki-Humanitar Liseyə, 158-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün elektron qeydiyyatdan keçib.

 

Liseylərə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. Belə ki, müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

İmtahanın tarixi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, V sinfə elektron sənəd qəbul "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Prezidentin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, valideyn məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.