banner
banner

Sağlamlıq

Dəniz qumu üzərində gəzmək də faydalıdır

Dəniz qumu üzərində gəzmək də faydalıdır

Yay fəslinin ən gözəl istirahət məkanlarından olan çimərlik mövsümü başlamaq ərəfəsindədir.

Lakin çimərlik istirahət məkanı olmaqla yanaşı, həm də sağlamlıq və şəfa mənbəyidir.

Azertag.az bildirir ki, bir sıra xəstəliklərin sağalmasında dəniz qumunun müalicəvi əhəmiyyəti var.

Mütəxəssislərin dediyinə görə, çimərlikdəki qum dənizdə çimmək və günəş vannası qəbul etmək qədər insan orqanizmi üçün faydalıdır. Dəniz qumu təbii pilinq təsiri göstərir. Hətta keçmişdə şahzadələr də təbii pilinq kimi yalnız dəniz qumundan istifadə edirdilər. Qum qulunc xəstəliyinə və miqrenə də müsbət təsir göstərir. İslanmış dəniz qumunda gəzmək qan damarlarının genişlənməsinə kömək edir, arterial təzyiqi tənzimləyir. Revmatizmdən əziyyət çəkənlərə də qum üzərində gəzmək məsləhət görülür. Üzü dəniz qumu ilə yumaq onun daha təmiz və canlı görünməsinə kömək edir.

Lakin mütəxəssislər dəniz qumunun faydası ilə yanaşı, zərərli tərəflərinin olduğunu da bildirirlər. Məsələn, qumda çox qalmaq iflic olma riski yaradır. Bundan əlavə təzyiq, şəkər və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin də uzun müddət qumda basdırılmış vəziyyətdə qalması məsləhət görülmür.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.