Daşqınla bağlı son durum barədə İcra Hakimiyyətindən RƏSMİ
Balakən rayonunun Katex kəndində Dəliçay çayının daşması nəticəsində dəymiş ziyan aradan qaldırılır.
Bu barədə Trend-ə açıqlamasında Balakən rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Azad Balayev deyib.
Komissiya sədri bildirib ki, dünən gecə saatlarında çayın daşması nəticəsində kəndin həyətyanı sahələrini su basıb: "30-dan artıq evə sel suları və lil dolub. Bu vaxta qədər heç vaxt Dəliçayda belə daşqın olmayıb. Gecə saatlarından Fövqəladə Hallar Komissiyasının əməkdaşları ərazidədir. Gecə saat 04:00-dan etibarən ərazidən suyun çəkilməsinə başlanılıb. Artıq evlər sudan təmizlənib. Hazırda həyətyanı ərazilərdən su çəkilməsi davam edir".
A.Balayev bildirib ki, çayın üzərindən kənddəki evlərə keçmək üçün kustar üsulla hazırlanan bir-neçə keçidi də sel dağıdıb. Hazırda ərazidə bərpa işləri davam etdirilir.
Qeyd edək ki, iyunun 12-də gecə saatlarında Dəliçay çayının Balakən rayonunun Katex kəndi ərazisindən keçən hissəsində daşqın olub. Hadisə nəticəsində kəndi sel suları basıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.