Ürək problemləri çox ola bilər, amma aşağıda saydığım əlamətlər varsa, onda bu qarışımdan istifadə edə bilərsiniz.
Bu qarışım əla bir qandurulducudur, damar mənfəzini genişləndirir, çünki damarların daxilindəki artıq yağ kürəciklərini təmizləyir, qan dövranını bərpa edir, təzyiqi salır. Əgər uzun müddət yol gedə bilmirsinizsə, ürək nahiyyəsində və ya sol qola vuran ağrılar varsa, yüksək təzyiqiniz varsa, ürəkdöyünmələr varsa, yüksək xolesterindən əziyyət çəkirsinizsə, ürək damarlarında tromb varsa (90 faizə qədər), köpdən əziyyət çəkirsinizsə, onda bu qarışımdan hazırlayıb istifadə edə bilərsiniz.
Lazım olanlar:
- Yerli limon – 25 ədəd
- Yerli sarımsaq – 3 kq
- Təzə Zəncəfil – 2 kq
Deməli əvvəlcə sarımsaq soyulur, sonra zəncəfil soyulur, limon isə qabıqlı-qabıqlı, hamısı birlikdə ət maşınından keçrilir, sonra yaxşı-yaxşı bir-birinə qarışdırılır və soyuducuya qoyulur (buzxanaya olmaz). 15 gün gözlənilir, amma gündə 2 dəfə qarışdırılmaq şərtilə 15 gündən sonra 2-3 qat tənzifdən sıxılaraq süzülür. Suyu gündə 3 dəfə yeməkdən əvvəl 1-2 xörək qaşığı 1 stəkan suya qarışdırılaraq içilir. Bu qarışım həm də çox güclü bir antioksidant mənbəyidir, insana yeni bir əhval-ruhiyyə gətirir, zəngin vitamin əsasındə C vitamini mənbəyidir. Bu qarışımdan mədəsində və bağısaqlarında səpgi, yara olanlar istifadə etməməlidirlər. Aşağı təzyiqdə istifadəsi məsləhət deyil, əgər istifadə etmək istəsəniz bal qarışdırıb istifadə edə bilərsiniz, ürək döyüntüsü az olanlar (bradikardiya) bu qarışımın hər bir stəkanına 1 çay qaşığı bal qarışdırıb istifadə edə bilərlər. Qarışım bədəni qələviləşdirmək üçün əla bir vasitədir. Xatırladım ki, bu qarışım beyin qan dövranı pozulmasında və miqrendə də faydalıdır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.