İtaliyanın “Peruca” klubu baş məşqçisi Alessandro Nesta ilə müqaviləni yeniləyib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İtaliya millisinin sabiq üzvünün yeni sözləşmə müddəti 2019-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, 42 yaşlı veteran müdafiəçi ötən ay “Peruca”ya baş məşqçis təyin olunub. B Seriyasında mübarizə aparan komanda yüksək liqaya vəsiqə qazana bilməsə də, klub rəhbərliyi Nesta ilə yollarını davam etdirməyə qərar verib.
Əlavə edək ki, Nesta bundan əvvəl “Mayami” klubunu çalışdırıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.