“Fazilet hanım ve kızları” serialının çəkiliş meydançasında rejissor köməkçisi Eray Altay ilə eşq yaşayan Afra Saraçoğlu sevgisini artıq gizlətmir.
Bayramı Altay ilə Bodrumda geçirən aktrisa birlikdə çəkdirdikləri şəkli izləyiciləri ilə bölüşüb.
İzləyicilər cütlüyə xoşbəxtlik diləyiblər. Qeyd edək ki, Altay serialın rejissoru Gökçen Ustanın bacısı ilə birlikdə olduğu ərəfədə ona xəyanət etmiş və Saraçoğlu ilə eşq yaşamağa başlamışdı. Buna görə də yaradıcı heyətdən uzaqlaşdırılmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.