banner
banner

İdman

Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşir

Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşir

Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin püşkü atılacaq.

Qol.az-ın məlumatına görə, ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri də müəyyənləşəcək. Təmsilçilərimiz səpələnmişlər sırasında yer alacaqlar. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Ölkə kubokunun sahibi "Keşlə" "Milsami" (Orxey, Moldova), "Rudar" (Plevliya, Monteneqro), "Riqa" (Latviya), "Honved" (Budapeşt, Macarıstan) və ya "Baltsan" (Malta) komandası ilə qarşılaşacaq.


Gümüş mükafatçı "Qəbələ"nin mümkün rəqibləri Lüksemburqun "Proqres" (Niderkorn), Bosniya və Herseqovinanın "Şiroki Briyeq", Makedoniyanın "Şkupi", Litvanın "Ştumbras" və Slovakiyanın "Dunayska Streda" klublarıdır.

Bürünc medalçı "Neftçi" isə "Buduçnost" (Podqoritsa, Monteneqro), "Partizani" (Albaniya), "Uypeşt" (Macarıstan), "Samtredia" (Gürcüstan) və ya "Rasinq Union" (Lüksemburq) ilə qarşılaşacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.