"Kurtlar Vadisi" serialı ilə illərlə ekranlarda yer alan, "Polat Almedar" xarakteri ilə yaddaşlara həkk olunan aktyor Necati Şaşmazın son halı görənləri məyus edib. Aktyor böyük oğlu Ali Nadirlə həyat yoldaşı Nagehan Şaşmazın sahib olduğu restoranında görüntülənib.
Ali ilə birlikdə gəmi düzəltməyə çalışan Necatinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Fotolar onu sevənlər tərəfindən müsbət dəyərləndirilsə də, 47 yaşlı aktyorun sürətlə qocalması, saçlarının ağarması sosial şəbəkə istifadəçilərini narahat edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.