"Özümüzü əsas favoritlər sırasında görməməliyik"- Oskar Tabares
"Oyunçularım çox yoruldular. Hava da isti idi. Uzun müddət Səudiyyə Ərəbistanı millisinin müdafiə xəttini yara bilmədik. Bunun üçün üsullar axtarmaq lazım idi. Məhz bu səbəbdən əvəzetmələr etdik. Çünki 1 qol həmişə qələbə üçün bəs etmir. Amma yenə də qalib gəldik və qrupdan çıxdıq. Rusiya ilə matçda oyunumuzu daha yaxşılaşdırmağa çalışacağıq ".
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Uruqvay millisinin baş məqçisi Oskar Tabares DÇ-2018-in qrup mərhələsində Səudiyyə Ərəbistanına 1:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəldikləri oyundan sonra deyib.
O, qarşılaşacaqları hər rəqibin güclü olacağını vurğulayıb: "Çox güclüyük, amma arxayınlaşmamalı və özümüzü əsas favoritlər arasıda görməməliyik. Bu dünya çempionatında düşündüyümüzdən də çox sürpriz olacaq"
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb