banner
banner

Gündəm

Tərtərdə 19 pambıqçı zəhərlənib

Tərtərdə 19 pambıqçı zəhərlənib

Tərtərdə pambıq sahəsində işləyən 19 nəfər zəhərlənmə diaqnozu ilə Yevlax xəstəxanasına müraciət edib.

Rayonun Xoruzlu kəndində pambıq sahəsində çalışan işçilər zəhərlənmə diaqnozu ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, müraciət edənlər Tərtər rayonu ərazisindən gələn Yevlax rayon sakinləridir.

Xəstəxanaya yerləşdirilənlərin bir qismi ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin vəziyyəti isə kafidir.

Qeyd edək ki, analoji hadisə Ağdamda da qeydə alınıb. Xəstəxanaya müraciət edən 2 nəfər pambıqçı qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.

Hər iki faktla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və dövlət nəzarəti şöbəsində araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.