Müğənni Seren Serengilin sellülitli şəklindən sonra baldızı ilə arasında qalmaqal yaşanıb. Serengil şəkillərinin fotoşop edildiyini deyərək, Yaşar İpekin bacısı Eylem İpeki günahlandırıb. Eylem isə onun iddialarına qarşı özünü qorumağa başlayıb.
Müğənni baldızının jurnalist olduğunu, bütün bu xəbərlərin onun əlinin altından keçdiyini bildirib. Eylem qardaşı arvadının iddialarına "Məni maraqlandırmırlar, özlərini dəyərli hesab edirlər. Bu cür qalmaqalda adımın hallanmasını istəmirəm. Qoruma qərarı aldıracam. Düşünürəm ki, bundan sonra susar. Türkiyənin ən böyük qəzeti bu xəbəri yayımladı, onu ələ saldı. Bütün işim qurtardı, bir də fotoşop edəcəm? Yoruldum" cavabını verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.