banner
banner

Krİmİnal

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

DİN mətbuatxidmətindən yunun 22-də bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 5,3 kiloqrama yaxın narkotik vasitə və xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb, həmçinin yabanı halda bitmiş, çəkisi 17 tona yaxın 36 min ədəddən çox xaş-xaş və çətənə kolları məhv edilib. 
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Qulammirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 125 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı evdən əlavə olaraq çəkisi 4 kiloqram 295 qram marixuana aşkar edilərək götürülüb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Bahadur Mikayılovdan isə 475 qram marixuana aşkar edilib.

Daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən RPŞ-nin əməkdaşları Qara Siyəzən kənd sakini, əvvəllər məhkum olunmuş Bədəl Nəzərovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 87 ədəd çətənə kolu və 400 qram marixuana, Şəki ŞRPŞ-nin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş Əliyasər Umarovun həyətyanı sahədən 18 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edərək götürüblər. 
Həmçinin Xocalı RPŞ-nin əməkdaşları Goranboy rayonunun Mənəşli kəndi ərazisində çəkisi 1,3 ton olan 3787 ədəd, Tovuz RPŞ-nin əməkdaşları Dönük Qırıqlı kəndi ərazisində çəkisi 1,3 ton olan 3712 ədəd yabanı halda bitmiş çətənə, Yardımlı RPŞ-nin əməkdaşları isə Alar kəndi ərazisində çəkisi 14 tona yaxın 28540 ədəd xaş-xaş kollarını məhv ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İşıqpuluna görə qardaşını öldürdü - TƏFƏRRÜAT

2021-ci il martın 19-na keçən gecə Bakının Nəsimi rayonu Namiq Məlikov küçəsində qətl hadisəsi olur. Daxil olan məlumat əsasında ərazi üzrə rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları qeyd olunan ünvanda 1968-ci il təvəllüdlü Etibar Camalovun üzərində bıçaq xəsarətləri olan meyitini tapıblar. Hadisə zamanı yaralanan 1969-cu il təvəllüdlü Elçin Camalov Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həyatı xilas edilib.

Gömrükçülər 21 kiloqramdan artıq heroin aşkar edib

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Avstriyaya gedən yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılıb.

Sabiq baş pediatr özünü güllələdi - Rəsmi açıqlama

1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.