Bu gün dünya çempionatının qrup mərhələsində son tura start veriləcək.
Qol.az xəbər verir ki, A və B qruplarının kollektivləri bu mərhələdə son görüşlərini keçiriləcəklər.
İlk olaraq A qrupunun komanları mübarizə aparacaq. Bu qrupda pley-off mərhələsinə yüksələn hər iki komandanın adı məlumdur. 2 turdan sonra xal itirməyən Rusiya və Uruqvayın mübarizəsində qrup qalibinin adına aydınlıq gələcək.
Formal xarakter daşıyan Səudiyyə Ərəbistanı - Misir matçında isə sevinən tərəf qrupu üçüncü pillədə başa vuracaq.
Ardınca B qrupunun kollektivləri mübarizə aparacaqlar. Son tur öncəsi burada 3 komandanın 1/8 finala adlamaq şansı var. Əsas diqqətlər İran - Portuqaliya matçına yönələcək. Bu görüşdə qalib gələn tərəf pley-off adlayacaq. Kriştiano Ronaldonun lideri olduğu portuqalları heç-heçə də qane edir.
İspaniya isə Mərakeşə uduzmayacağı halda, qrupdakı digər matçın nəticəsindən asılı olmayaraq adını 1/8 finala yazdıracaq.
DÇ-2018
25 iyun
A qrupu
18:00. Uruqvay - Rusiya
Baş hakim: Malanq Didhyu (Seneqal)
Samara. "Samara Arena"
18:00. Səudiyyə Ərəbistanı - Misir
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Volqoqrad. "Volqoqrad Arena"
|
1. |
Rusiya |
2 |
2 |
0 |
0 |
8:1 |
6 |
|
2. |
Uruqvay |
2 |
2 |
0 |
0 |
2:0 |
6 |
|
3. |
Misir |
2 |
0 |
0 |
2 |
1:4 |
0 |
|
4. |
S.Ərəbistanı |
2 |
0 |
0 |
2 |
0:6 |
0 |
B qrupu
22:00. İran - Portuqaliya
Baş hakim: Enrike Kaseres (Paraqvay)
Saransk. "Mordoviya Arena"
22:00. İspaniya - Mərakeş
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Kalininqrad. “Kalininqrad” stadionu
|
1. |
İspaniya |
2 |
1 |
1 |
0 |
4:3 |
4 |
|
2. |
Portuqaliya |
2 |
1 |
1 |
0 |
4:3 |
4 |
|
3. |
İran |
2 |
1 |
0 |
1 |
1:1 |
3 |
|
4. |
Mərakeş |
2 |
0 |
0 |
2 |
0:2 |
0 |


