banner
banner

Gündəm

Prezident Administrasiyasında 6 yeni sektor yaradıldı

Prezident Administrasiyasında 6 yeni sektor yaradıldı

Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində 6 sektor yaradılıb.

APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində Konstitusiya qanunvericiliyi sektoru, Beynəlxalq müqavilələr sektoru, İqtisadi və mülki qanunvericilik sektoru, Təhsil, əmək və sosial qanunvericilik sektoru, Cinayət və inzibati qanunvericilik sektoru və Kodifikasiya və sənədləşmə sektoru yaradılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.