Bakı toplanışını başa vuran “Keşlə” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa hazırlıqlarını davam etdirmək məqsədilə Türkiyənin Kızılcahamam vilayətinə gedib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Patalya hotelində məskunlaşan komanda səhər məşqə çıxacaq.
İyul ayının 10-dək davam edəcək təlim-məşq toplanışında “Keşlə” 3 yoxlama matçı keçirməyi planlaşdırır. Komanda ilk yoxlama matçını iyun ayının 30-da Bolu vilayətində Bosniya və Herseqovinanın "NK Celik Zenica" komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17.00-da başlanacaq.
İkinci yoxlama matçındakı rəqibi “Levadia” komandası olacaq. Estoniya təmsilçisilə qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da baş tutacaq.
Toplanış çərçivəsində son yoldaşlıq matçı iyulun 6-da keçiriləcək. Bu dəfə paytaxt təmsilçisi İranın “Traktorzasi” komandası ilə üz-üzə gələcək. Oyunun başlanma vaxtı hələlik bəlli deyil
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb