banner
banner

İdman

Braziliya və İsveçrə 1/8 finalda, Almaniya qrupda qaldı

Braziliya və İsveçrə 1/8 finalda, Almaniya qrupda qaldı

Bu gün DÇ-2018-in daha iki qrupuna yekun vurulub.

Qol.az-ın məlumatına görə, əvvəlcə F qrupunun oyunları keçirilib.

Bu qrupda mundialın sensasiyası qeydə alınıb. Dördqat dünya çempionu Almaniya millisi gözlənilmədən Cənubi Koreyaya 0:2 hesabı ilə uduzaraq qrupda qalıb. Bundestim qrup sonuncusu olub.

Digər görüşdə isə İsveç və Meksika milliləri üz-üzə gəlib. Oyun skandinaviyalıların böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.

Beləliklə, qrupda müvafiq olaraq 1-ci və 2-ci yerləri tutan İsveç və Meksika pley-offa yüksəlib.

F qrupunda isə Serbiya Braziliyanı, İsveçrə isə Kosta-Rikanı qəbul edib. Burada 3 komandanın pley-offa çıxmaq şansı var idi. Yalnız Kosta-Rika bu imkana malik deyildi. Seblərə 2 cavabsız qolla qalib gələn Braziliya qrup lideri olaraq pley-offa yüksəlib. İsveçrə - Kosta-Rika matçında isə 2:2 hesablı bərabərlik qeydə alınıb. İsveçrə bu nəticə ilə xalını 5-ə çatdırıb və qrupda 2-ci yeri tutaraq 1/8 finala adlayıb. Serbiya və Kosta-Rika isə mübarizəni dayandırıb.



Dünya çempionatı

III tur

 

27 iyun

E qrupu

Serbiya – Braziliya - 0:2 
Qol
: Paulinyo, 36, Tiaqo Silva, 68
Baş hakim: Alireza Faqani (İran)
Moskva. “Spartak” stadionu

İsveçrə - Kosta-Rika - 2:2 
Qol:
 Cemaili, 31 (1:0), Vaston, 56 (1:1), Drmiç, 88 (2:1), Ruiz, 90+3-pen. (2:2)
Baş hakim: Klemen Turpin (Fransa)
Nijni Novqorod. Mərkəzi stadion

1.

Braziliya

3

2

1

0

5:1

7

2.

İsveçrə

3

1

2

0

5:4

5

3.

Serbiya

3

1

0

2

2:4

3

4.

Kosta Rika

3

1

0

2

2:5

1

 

F qrupu

Cənubi Koreya – Almaniya - 2:0
Qollar:
 Kim Yonq Qvon, 90+4, Son Hun Min, 90+6
Baş hakim: Mark Geyger (ABŞ)
Kazan. “Kazan Arena”

Meksika – İsveç - 0:3
Qollar
: Avqustinsson, 50, Qranqvist, 62-pen. Alvarez, 74-avtoqol
Baş hakim: Nestor Pitana (Argentina)
Yekaterinburq. “Yekaterinburq Arena”
 

1.

İsveç

3

2

0

1

5:2

6

2.

Meksika

3

2

0

1

3:4

6

3.

Cənubi Koreya

3

1

0

2

3:3

3

4.

Almaiya

3

1

0

2

2:4

3



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.