Məşhur türk müğənnisinin qış üçün alış-verişi görənləri şoka salıb. ANS PRESS-in məlumatına görə, Ebru Gündəş bir evin pulunu mağazada qoyub.
Belə ki, E.Gündəş müsif kimi qatıldığı "O səs Türkiyə" yarışının yeni mövsümü öncəsi büdcənin ağzını açıb. İstirahət gününü alış-veriş mərkəzində keçirən sənətçi bir mağazada bir necə saat vaxt keçirib. Nəticədə o mağazanın kassasında 400 min lirə (140 min manat) ödəniş edib.
Müğənni həm özü, həm həyat yoldaşı Rza Zərrab, həm də qızı Alara üçün qış geyimləri alıb. Mağazaya işçilərin daxil olduğu qapıdan girib-çıxan sənətci aldıqlarının Kanlıcadakı villasına göndərilməsini istəyib.
Xatırladaq ki, müğənninin əri iş adamı Rza Zərrab ötən il keçirilən rüşvət əməliyyatı zamanı həbs edilib. O, bir necə ay həbsdə qaldıqdan sonra azad edilmişdi. Əri həbsdə olan müddətdə müğənni heç bir tədbirdə iştirak etməyib, demək olar ki, evdən çölə ancaq həbsxanaya getmək üçün çıxıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.