Çağan İrmak yeni filmi “Bizi Hatırla”nın qadın baş rolu üçün dəyişiklik edib.
Əvvəlcə Deniz Çakırla görüşən rejissor daha sonra Özge Özberki seçib. İrmak artıq filmin aktyor heyətini tamamlayıb. O, “Çemberimde Gül Oya” və “Babam ve Oğlum” filmlərində birlikdə çalışdığı Özge ilə artıq müqavilə bağlayıb. Filmdə Özberklə bərabər Altan Erkekli və Tolga Tekin də rol alacaq. “Babam ve Oğlum”la izləyiciləri ağladan İrmak yeni filmi ilə tamaşaçıların qarşısına çıxacaq. Ata-qız hekayəsinin yer alacağı film noyabrın 23-də təqdim ediləcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.