banner
banner

Hərbİ

Zakir Həsənov prezidentlə görüşdü

Zakir Həsənov prezidentlə görüşdü

Martın 11-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qəbul edib.

Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, görüşdə hər iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanaraq, səfərin uğurla keçdiyi və görüşlərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə ümidvar olunduğu bildirilib.

Görüşdə təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.