banner
banner

İdman

DÇ-2018 Növbəti sensasiya. Rusiya 1/4 finalda.

DÇ-2018 Növbəti sensasiya. Rusiya 1/4 finalda.

Futbol üzrə dünya çempionatının 1/8 finalında Rusiya milli komandası İspaniya millisi üzərində qələbə qazandı.

Moskvanın "Lujniki" stadionunda baş tutan oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb, əlavə vaxtda hesab dəyişməyib, penalti zərbələrində Rusiya 4:3 hesabı ilə qalib gəldi.

Xatırladaq ki, 12-ci dəqiqədə İspan komandası Rusiyanın müdafiəçisi Sergey İgnaşeviçin öz qapısına vurduğu qol sayəsində hesabı açdı. 41-ci dəqiqədə hakim İspaniya komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Artem Dzyuba dəqiq zərbəylə hesabda tarazlığı bərpa etdi 1:1.

Qarşılaşmanın çox hissəsini ispanlar meydançanın Rusiyaya aid yarısında keçirdilər, lakin ev sahibi komandasının müdafiəçiləri rəqibə qol vurmağa imkan vermədilər.

 

Oyunun əlavə olunmuş vaxtında da hesab dəyişmədi və qalibi müəyyən etmək üçün penal zərbələri təyin olundu. İki topu dəf etməklə İqor Akinfeyev öz komandasını qarşılaşmanın qalibi etdi.

Beləliklə, Rusiya komandası tarixində ilk dəfə Dünya Kubokunun dörddəbir finalçısı oldu.

Stanislav Çerçesovun komandasının növbəti rəqibi Xorvatiya - Danimarka cütlüyünün qalibi olacaq.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.