banner
banner

İdman

İnyesta İspaniya millisindən getdi

İnyesta İspaniya millisindən getdi

İspaniya yığmasının üzvü Andres İnyesta milli karyerasını başa vurub.
34 yaşlı yarımmüdafiəçi bu qərarı DÇ-2018-in 1/8 finalında Rusiyaya uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra açıqlayıb.

O, Rusiya ilə oyunun millidəki sonuncü çıxışı olduğunu bildirib: “Düşünürəm ki, karyeramın ən acı günüdür. Bəzən sonluq xəyal etdiyin kimi olmur. İspaniya yığması yenidən uğura yol tapmalıdır. Göründüyündən daha çətin olsa da, komandamız bunu bacarar". 

Qeyd edək ki, Andres İnyesta İspaniya yığmasında 2006-cı ildən çıxış edirdi. Bu müddət ərzində İnyesta 136 oyuna 13 qol vurub. O, yığma ilə dünya (2010) və ikiqat Avropa (2008, 2012) çempionu olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.