Uruqvay millisinin futbolçusu Edinson Kavaninin son durumu müəyyənləşib.
Qol.az-ın Uruqvay Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı hücumçunun zədəsi ciddi deyil. Onun DÇ-2018-in 1/4 finalında Fransaya qarşı oynamağının mümkün ola biləcəyi vurğulanıb.
Qeyd edək ki, E.Kavani 1/8 finalda Portuqaliyaya qarşı görüşdə (2:1) zədələnib.
Əlavə edək ki, Uruqvay - Fransa görüşü iyulun 6-ı keçiriləcək
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.