banner
banner

Gündəm

Elmar Vəliyevlə birlikdə güllələnən mühafizəçinin FOTOSU

Elmar Vəliyevlə birlikdə güllələnən mühafizəçinin FOTOSU
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd zamanı güllələnən mühafizəçi Qasım Aşbazovun fotosu yayılıb.
Cia.az criminal.az-a isitinadən xəbər verir ki, Q.Aşbazov polis əməkdaşı olub.
Ağır güllə yarası alan E.Vəliyev bu vertolyotla Bakıya göndərilib.
 
Hadisə dünən saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Meydandakı pilləkəndə Yunis Səfərov və hələlik adı məlum olmayan qırmızı köynəkli şəxs icra başçısına hücum edib.
 
Rusiya vətəndaşı olan Y.Səfərov ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını dəmirlə döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçıb. Həmin vaxtda axtarışa verilib. Bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları hələlik məlumat yaymayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.