banner
banner

Sosİal

O qadın...

O qadın...
Yazar: Kənan Hacı

Bakı bulvarının köhnə “Venesiya”sı bu şəhərdə sevgililəri yad baxışlardan qoruyan ən əlverişli məkan idi. Baş-başa vermiş söyüdlər də atəşli öpüşlərin üzərinə pərdə çəkirdi. Amma coşmuş hislərinə yenik düşüb bir balaca həddini aşanlar çiyinlərinə toxunulmasa, başlarının üstündə dayanmış polisi görmək iqtidarında deyildilər. Mərdiməzar uşağı, cütlükləri duyğuların ərşü-əlasında qəfil yaxalayırdı, bir anda sanki göydən yerə çırpılırdılar. Bir onluqla canını qurtarmaqdan başqa əlacın qalmırdı. Bəndəniz də bir neçə dəfə beləcə, “cinayət başında” yaxalanıb və ictimai yerdə asayişi pozduğu üçün cərimə ödəməli olub.

Bir gün yenə də bulvar polisi istirahətimi mənə haram eləmişdi, qızı yola salıb sahil zolağında bikefcəsinə dolaşırdım. Boş skamyalardan birində oturub gözümü uzaqdan görünən Nargin adasına zilləmişdim, bir az əvvəl sevişdiyim qızı da unutmuşdum. Təxminən 40-45 yaşlarında bir qadın yaxınlaşıb skamyanın o biri küncündə oturdu və özüylə gəzdirdiyi balaca, tumgöz itin zəncirini boşaltdı. İt çəmənliyə cumub orda hoppanıb-düşməyə başladı, ona sərbəstlik verildiyi üçün sevincini bu cür ifadə edən itə baxdıqca Çexovun “İt gəzdirən xanım” hekayəsini xatırladım. İtə qırmızı jilet geyindirilmişdi və qadının geyimindən də çox imkanlı biri olduğu anlaşılırdı. Üstəlik də gözəgəlimli, cazibədar idi. Uzun, taxma kipriklərini aralayıb gözucu mənə baxırdı.

İt çəmənlikdə bir-iki dövrə vurandan sonra qadın onu yanına çağırdı, it ildırım sürətilə qaçıb qadının qucağına hoppandı, xırda qabaq ayaqlarını qadının sinəsinə söykəyib gözlərini müticəsinə öz sahibinə zillədi. Qadın onu “əzizim, canım” deyə əzizləməyə başladı. Maraqla baxdığımı görüb “insanda bunun qədər sədaqət yoxdur” dedi. Neçə gün idi xəstə idim, dilinə bir tikə vurmadı, eləcə yastığımın böyründə çöməlib kefsiz baxışlarını üzümə zillədi. Amma kişilər...

Bu yerdə qadının səsi qırıldı və gözləri yol çəkdi. O gözlərin dibindəki kədəri ifadə etməkdə acizəm. O, zahirən həyatdan onun verə biləcəyindən daha artıq şeyləri əldə etməyə can atan qadın təsiri bağışlayırdı. Böyük ehtimalla, onun rastına təsadüfən “İt gəzdirən qadın” hekayəsinin qəhrəmanı Dmitri Qurov kimisi çıxsaydı, tərəddüdsüz ürəyinin qapılarını ona açardı. Ondan Çexovun bu hekayəsini oxuyub-oxumadığını soruşmaq istədim, amma nədənsə, soruşmadım. Əvəzində itlərin vəfalı olması haqqında deyilən düşük sözləri təkrarladım. Yəqin elə bu qədər bayağılığa endiyim üçün qadın tezliklə məndən bezdi və üzr istəyib qalxdı. Qadın itiylə birgə uzaqlaşdıqca düşündüm ki, yəqin mən qadınlar üçün olduqca maraqsız bir adamam. Dmitri Qurov qədər cəsarətim yoxdur...

Freyd yazır ki, haçansa qarımış qız it saxlamağa başlayırsa, yaşaya bilmədiyi evlilik boşluğunu doldurmağa çalışır. Sartrın da hansısa əsərində təxminən belə bir fikrə rast gəlmişdim, yazırdı ki, uşaqları olmayanda insanlar it saxlayırlar. İt-pişik saxlayan qadınların əksəriyyəti özlərinə qarşı kişi diqqətsizliyindən əziyyət çəkənlərdir. Çoxu bunu etiraf etmək istəmir. Həmişə diqqət mərkəzində olmağı arzulayan qadının ən yaralı yeri laqeydlikdir və o, özünün həyatındakı kişi üçün maraqsız olduğunu heç vaxt ətrafındakılara bildirməz.

Bu günlərdə Çexovun məşhur hekayəsini yenidən oxudum və neçə illər bundan öncə bulvarda gördüyüm o qadını xatırladım. Görəsən, o, Çexovun hekayəsini oxumuşdumu?



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Oktyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Transformator Məntəqəsində (TM) təmir, 10 kV-luq hava xətləri üzrə isə naqillərin yenilənməsi işləri aparılacaq. Həmçinin Abşeron RETSİ-nin xidməti ərazisində 35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq “Şəhər-2” hava xəttində təmir işləri həyata keçiriləcək.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir.

Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq

Oktyabrın 21-də saat 08:00-dan etibarən Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində - Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

Bakıda sabah bu avtobuslar PULSUZ OLACAQ - RƏSMİ

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə “Sabah” futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq.

DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.