banner
banner

İdman

Ronaldo qarşıdakı saatlarda "Yuventus"a keçəcək - İlin transferi reallaşır

Ronaldo qarşıdakı saatlarda "Yuventus"a keçəcək

“Yuventus” Kriştianu Ronaldonun transferini mümkün qədər tez rəsmiləşdirmək istəyir.

Bu gün klub rəhbərliyinin təcili toplantısı keçirilib. İclasda tətildən vaxtından tez qayıdan baş məşqçi Massimiliano Alleqri də iştirak edib.

Toplantıda Ronaldonun transferi əsas müzakirə mövzusu olub. İclas başa çatdıqdan sonra Turin klubunun baş direktoru Cuzeppe Marotta və idman direktoru Fabio Paratiçi təcili surətdə Madridə yollanıblar. 

Qarşıdakı saatlarda 2 klub arasında razılıq əldə olunacağı gözlənilir. Şənbə günü “Yuventus”un Ronaldonun təqdimetmə mərasimini keçirəcəyi ehtimal edilir. 

Qeyd edək ki, “Yuventus” Ronaldo üçün 100 milyon avro xərcləyəcək. Portuqaliyalı ulduzun yeni klubundakı illik maaşı isə 30 milyon avro təşkil edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.