Kanadada anomal istilərin qurbanlarının sayı 33-ə çatıb
Kanadanın Kvebek əyalətində anomal istilik nəticəsində ən azı 33 adam ölüb. Cümə axşamı bölgənin Səhiyyə naziri Lusi Şarlebua açıqlamasında bunu deyib.
Onun sözlərinə görə, əyalətin ən böyük şəhəri olan Monrealda 33 nəfərdən 18-i ölüb. "Vətəndaşlar arasında yaranan sağlamlıq problemlərinin qarşısını almaq üçün bütün tədbirləri davam etdirməliyik" – nazir söyləyib.
Milli Meteorologiya İdarəsindən verilən məlumata görə, Kvebek əyalətinin cənubunda, Ontario şəhərində və Kanadanın atlantik sahillərində iyun ayının 29-dan etibarən havanın hərarəti gündüz 35-40 dərəcə istiliyə qədər yüksəlib. Cümə axşamı, Kvebekdə havanın rütubəti nəzərə alınmaqla, termometr 45 dərəcəyə qədər yüksələcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.