banner
banner

Sosİal

Azərbaycanda 1 ildə 3 mindən çox adam ad və soyadını dəyişdi

Azərbaycanda 1 ildə 3 mindən çox adam ad və soyadını dəyişdi
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova 2014-cü il ərzində ad, ata adı və soyadını dəyişdirən Azərbaycan vətəndaşlarının sayını açıqlayıb. 
2014-cü ildə qeydiyyat orqanlarına adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı 3088 müraciət daxil olub və onların hamısı təmin edilib.
 
Reyhanə Kərimova “daha çox hansı ad, soyadlar dəyişdirilib və hansılarla əvəz olunub” suallarına cavab olaraq qeyd edib ki, bununla bağlı statistika aparılmadığından, eləcə də “İnformasiya əldə etmək haqqında” qanunun 21.2.5-ci maddəsinə əsasən, sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb etdiyindən onların cavablandırılması mümkün deyil.
 
Modern.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.