İş adamı Selim Selimoğlu ilə ailə qurmağa hazırlaşan Bengü alış-veriş mərkəzində görüntülənib.
Mağazaları gəzən müğənni media nümayəndələrinin suallarını da cavablandırıb.
Toy hazırlığına başı qarışdığını deyən Bengü "29 avqustda keçiriləcək toyumuz üçün iclas etdi. Az vaxt qalıb. Bir tərəfdən də konsertlərim davam edir" cavabını verib. Müğənni toydan sonra bal ayına çıxa bilməyəcəklərini söyləyib: "Toydan sonra da bir neçə konsertim var. Onlar bitəndən sonra bal ayına gedəcəyik. Amma hara gedəcəyimizi bilmirik".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.