banner
banner

İdman

“Millidən gedişimi əvvəldən planlaşdırmışdım” - Səmədov

“Millidən gedişimi əvvəldən planlaşdırmışdım” - Səmədov

Aleksandr Səmədov Rusiya millisində karyerasını başa vurmasından danışıb.

Qol.az-ın xəbərinə görə, əslən azərbaycanlı olan 33 yaşlı futbolçu yığmadan getməyə daha əvvəl qərar verdiyini bildirib:

“Millidə gedişimi əvvəldən planlaşdırmışdım. 2 həftə sonra 34 yaşım tamam olacaq. Getmək üçün münasib vaxt olmalıdır. Düşünürəm ki, indi ideal məqamdır. 

Biz dünya çempionatında layiqli şəkildə mübarizə apardıq. Ailəm var və uşaqlarıma daha çox vaxt ayırmaq istəyirəm. Üstəlik, avqustda üçüncü övladım dünyaya gələcək. Artıq getmək vaxtıdır. Daha əvvəlki kimi gücüm yoxdur. 

Xorvatiya ilə oyundan sonra məşqçilər korpusuna minnətdarlıq etdim. Birgə unudulmaz 2 il keçirdik. Bu, mənim üçün millidəki ən yaxşı dövr idi. Konfederasiyalar Kuboku, dünya çempionatı – bu turnirlərdə oynamaq möhtəşəm idi”. 

Xatırladaq ki, Rusiya millisi 1/4 finalda Xorvatiyaya oyunsonrası penaltilərlə 3:4 hesabı ilə (əsas və əlavə vaxt 2:2) uduzaraq DÇ-2018-də çıxışını başa vurub



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.