PSJ-nin yarımmüdafiəçisi Anhel Di Mariya karyerasını İtaliyada davam etdirə bilər. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Napoli” argentinalı futbolçunun xidmətində maraqlıdır. Klub prezidenti Aureliyo De Laurentisin Di Mariyaya 3 illik müqavilə təklif etdiyi iddia olunur. Əgər təcrübəli oyunçu dəvətə “hə” desə, onun illik qazancı 5 milyon avro olacaq. Argentinalının PSJ-dəki gəliri bundan 2 dəfə çox olsa da, onun “Napoli”nin yeni baş məşqçisi Karlo Ançelottiyə görə İtaliya klubuna keçməyə razılıq verəcəyi gözlənilir.
Qeyd edək ki, Di Mariyanın PSJ ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb