banner
banner

Hərbİ

Doğum günündə şəhid oldu

Doğum günündə şəhid oldu
Ötən axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupunun Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqınının qarşısını alarkən şəhid olan 1991-ci i l təvəllüdlü Anar Mamed oğlu Atayev bu gün doğulduğu kənddə dəfn olunacaq. 
 
Şəhid bu gün günorta saatlarında Ağcabədi rayonu Minəxorlu kənd qəbirsanlığında torpağa tapşırılacaq.
Ən təsirli məqam isə əsgərin elə doğulduğu gün düşmən gülləsinə tuş gəlməsidir. Dünən Anar Atayevin 24 yaşı tamam olub. Onun ad günü hədiyyəsi isə şəhidlik məqamına yüksəlməsi olub.
Şəhidin atası Mamed Atayev bildirib ki, oğlunun şəhidlik zirvəzinə yüksəldiyi üçün qürur hissi duyur.
Düzdür, oğul itkisi çox ağırdır. Sanki canından bir parça gedib. Lakin onun şəhidlik zirvəsinə yüksəlməsi daha çox qürurverici hissdir”, - deyə Mamed Atayev bildirib.
Qeyd edək ki, martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.