"Qarabağ" - "Olimpiya" oyununun biletləri satışa çıxarıldı
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” - "Olimpiya" matçının biletləri artıq satışa çıxarılıb.
Trend-in məlumatına görə, biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək olar. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.
Qeyd edək ki, “Qarabağ” - “Olimpiya” oyunu iyulun 18-i saat 21:00-da başlayacaq.
Şatış məntəqələri:
T.Bəhramov adına Respublika stadionunun kassaları; "ASAN xidmət" mərkəzləri; Heydər Əliyev Sarayının kassası; 28 Mall; Gənclik Mall; Park Bulvar (Qarabağ FK Fanshop); M.Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı); Bülbül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı); Üzeyir Hacıbəyov küç. 69x (Hökumət evinin arxası).
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb