banner
banner

Dünya

“Total” şirkəti İranda fəaliyyətini dayandırıb

“Total” şirkəti İranda fəaliyyətini dayandırıb

Fransanın “Total” neft şirkəti İranda fəaliyyətini dayandırdığını elan edib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Patrik Puyanne bildirib.

O, bu addımı ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqələndirib: “Biz ABŞ-ın qanunlarına əməl edirik və buna görə də gəlirli İran bazarından çıxırıq”.

Baş direktorun sözlərinə görə, ABŞ-ın maliyyə sisteminə daxil olmadan dünyanın 130 ölkəsi ilə əməkdaşlıq etmək mümkün deyil.

P.Puyanne deyib ki, “Cənubi Pars” qaz yatağının 11-ci fazasından çıxmaqla 40 milyon dollar ziyan edəcəklər: “Günlərin bir günü “Total” yenidən İrana qayıdacaq. İldə 15 milyard sərmayə yatıran şirkətimiz üçün 40 milyon dollar heç nədir”. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.