banner
banner

Hərbİ

Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində cəbhə xəttində Ermənistan tərəfindən təxribat əməllərinə yol veriləcəyi, bölgədə vəziyyətin gərginləşməsinə cəhdlər göstəriləcəyi istisna edilmir.

Belə bir bəyanatla "Trend"-ə açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı çıxış edib.

Nazirliyin sözçüsü qeyd edib ki, belə bir təcrübə cəbhə xəttində dəfələrlə müşahidə edilib: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri istər özlərinin guya soyqırıma məruz qaldığı günlərin “ildönümləri”ndə, istər bizim üçün əlamətdar olan günlərdə həm işğal olunmuş ərazilərdə, həm də Azərbaycanla sərhəddə dəfələrlə cəbhə xəttində təxribat aktları törətməyə cəhd edib və hər dəfə də layiqli cavabını alaraq geri oturdulub. Müdafiə Nazirliyi bəyan edir ki, cəbhədə düşmənlə üz-üzə dayanan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ətrafda cərəyan edən hadisələrdən asılı olmayaraq hər zaman ayıq-sayıqdırlar və onlara layiqli cavab verməyə hazırdırlar. Avropa Oyunları zamanı cəbhədə bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyacaq. Əgər belə bir hal olarsa, tərəfimizdən görüləcək cavab tədbirləri sərt və qətiyyətli olacaq!”

Qeyd edək ki, Azərbaycanın paytaxtı Bakıda I Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.