Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl məşhur stilist Eliz Sakuçoğlu bəzi açıqlamalar vermişdi.
Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, müsahibə zamanı ailəsinin kasıb olduğunu və avtomobilini borcla aldığını deyən stilistin yalanı üzə çıxıb. Türk mediasında yayılan xəbərlərə görə, Elizə cipi keçmiş müğənni sevgilisi Murat Boz hədiyyə edib. Müğənni sevgilisinə aldığı cip üçün 67 min avro ödəyib.
Qeyd edək ki, avtomobil 2014-cü ildə alınıb və satış kağızları yayılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.